Belediyye.infonun “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin diqqətinə: CəRiMə EDiLMəLi OLAN ORQANIN ÜNVANI DəQiQ TAPILSIN”(http://belediyye.info/new/details/ekologiya-ve-tebii-servetler-nazirliyinin-diqqetine:-cerime-edilmeli-olan-orqanin-unvani-deqiq-tapilsin--6106.htm?fbclid=IwAR0kQnMS4tdHW57JErzLOFb4FvoPw0-euU2ngTRV2ysJXlwO78JAUcVgQtk) məlumatına nazirlik reaksiya verib.
Sosial media vasitəsiylə ünvanlanan cavabda bildirilir:
“Aparılan araşdırma zamanı fakt təsdiqini tapmışdır. Belə ki qeyd olunan ünvanda ağacların kök çevrələri asfalt qatı ilə örtülmüşdür. Hazırda təqsirkar şəxslərin müəyyən edilməsi və ağacların kök çevrəsinin təmizlınməsi işlərinə başlanılmış və ərazi nəzarətə götürülmüşdür. Qanunamüvafiq tədbirlər görülməkdədir. Belə ki yaşıllıqlarım mühafizəsi qaydalarını pozan şəxslətin müəyyən edilərək barələrində inzibati tədbirlərin görülməsi istiqamətində Yerli icra orqanlarə və polis əmıkdaşları ilə birgə müvafiq sənədləşdirmə işləri aparılır. Nəticə barədə yaxın saatlarda məlumat veriləcək. Qanun pozucusunun qeyri müəyyən olması səbəbindən araşdırma prosesi məcburən bir qədər gecikir.”
Xatırladaq ki, Belediyye.infoya daxil olan məlumatda bildirilirdi ki, Bakı şəhəri M.Kaverockin küçəsi 131 saylı binanın qarşısından başlayaq Bakıxanov küçəsindəki “Azərişıq” ASC-nin müvafiq idarəsinədək (keçmiş “Bages” adlanan əraziyədək olan hissə) küçə boyu olan ağacların dibi asfaltlaşdırılıb. Asfaltlaşdırma Respublika Hərbi prokurorluğun yan tərəfindən başlayaraq, yəni Respublika Veteranlar təşkilatının qarşısından başlayaraq üz aşağı işıq idarəsinə tərəf olan hissədə təxminən yeddi ağacın ətrafını əhatə edib.
Təqdim edilən şəkillərdə ağaclar sulanmış kimi görsənir. əslində ağaclar üzü yuxarı hissədəki avtoyumadan axan çirkab suların axıntısıdır.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumunun əraziyə baxış keçirməsi yerinə düşərdi.
P.S. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumun əməkdaşlarından xahiş edirik ki, məsələyə diqqətlə yanaşıb düzgün qərar versinlər. Və ən əsası verdiyi məcburi göstərişin icra vəziyyətini yoxlasın. Bundan əvvəl də bizim yazdığımız məlumat əsasında məcbur göstəriş verilsə də, bir il ərzində qərarın icrası təmin edilıməmiş qalmışdır.
(http://belediyye.info/new/details/--5548.htm)
Belediyye.info